Azərbaycan əhalisinin Xankəndi, Xocalı və rus sülhməramlıların nəzarətində olan digər ərazilərə qaytarılması üçün əsas şərt Ermənistan hərbi birləşmələrinin və Qarabağ ərazisindəki separatçı silahlıların dərhal ərazidən çıxarılmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı siyasi analitik İqor Korotçenko “Vestnik Kavkaz”a açıqlamasında deyib.
İqor Korotçenko vurğulayıb ki, Azərbaycan hakimiyyətinin sakinləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya qaytarmaq hüququ var:
“Bura Azərbaycanın ərazisidir. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Necə ki, azərbaycanlı əhali, məsələn, əvvəllər Ermənistanın işğalı altında olan Ağalı və Talış kəndlərinə qayıdır, bu proses Qarabağın Rusiyanın sülhməramlı kontingentinin olduğu hissəsində də aparılacaq. Bu, Qarabağda erməni qeyri-qanuni silahlı birləşmələrinə görə bu gün baş vermir, amma proses üzərində işləmək lazımdır”.
- Qazaxıstanda seçkilərin yekun nəticələri açıqlandı
- Rus ordusu Annovkanı işğal etdi
- Qazaxıstanın nəhəng neft emalı zavodu yanır - Video
- Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu
- İranda iki məhbus edam edildi
- Köçəryan və oğlu belə saxlanıldılar - Video
- Anasının gözləri qarşısında maşın vurub öldürdü - Video
- Zelenski Ərdoğana təşəkkür etdi