Novruz sistemini insanlar Günəş, Ay və qismən də ulduzların hərəkətinə istinadən yaradıblar.
Kult.az xəbər verir ki, bu sözləri dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, Novruz bayramı bişirilən şirniyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Bunu bayram süfrəsinin elementləri formal əlamətləri də təsdiqləyir:
1) Qoğal – Günəşin simvoludur. Qoğal günəşin və istiliyin simvolu kimi süfrəyə gətirilir. Od elementidir.
2) Şəkərbura – Ayın simvoludur. Şəkərburanın kənarındakı və üzərindəki naxışlarının ayın şüalarını xatırlatdığı qeyd olunur. Hava simvoludur.
3) Paxlava - alovun rəmzi sayılır. Paxlava ortasına qoyulmuş fındıqla yaranışın mifik mənasını özündə əks etdirir. Torpaq elementidir. Çünki yaranış ilk olaraq torpaqdan başlamışdır. Eyni zamanda paxlavanın romb forması mənasına görə inkişafla, doğuşla - daha dəqiq desək, şirin, yumşaq, həyatverən Qadın Başlanğıcıyla, Analıqla bağlıdır. Paxlavanın ortasına qoyulan badam, qoz, fındıq isə bu oxşarlığı daha da büruzə verir. Digər tərəfdən paxlava oyanmanı, sərt qış yuxusundan yaşamağa açılan gözü ifadə edir.
4) Şəkərçörəyi - su elementidir. Çünki formasına və tərkibinə görə torpaq üzərində gölü xatrladır. İçməli su mənbəyi kimi göl qəbul edilir.
5) Boyanmış yumurta - Qədim azərbaycanlıların İlaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə bağlı olduğunu göstərir.
6) Səməni - Torpağın oyanmasını və bitkilərin canlanmasın göstərir və s.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək