Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO

18:15 - 23 Avqust 2026 - HADİSƏ

 Rusiyada polis festivala basqın etdi: 100 nəfər saxlanıldı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında qapalı musiqi festivalına polis tərəfindən basqın edilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Dojd” kanalı məlumat yayıb.

Məlumata görə, Leninqrad vilayətinin Vıborq rayonunda musiqi festivalının təxminən 100 iştirakçısı və təşkilatçısı saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları festivalda "solçu radikalların" iştirak etdiyini iddia ediblər.

Bildirilib ki, basqına səbəb festivalda Ukraynaya dəstək mahnılarının ifası, hakimiyyət dəyişikliyinə çağırış və kütləvi şəkildə spirtli içkilərin içilməsi olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol