Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
BUTA.TV xəbər verir ki, Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların dörd təminat avtomobili Laçına gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Şagirdlərin telefonlardan istifadəsi qadağan edildi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto
- Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi
- İyulun havası: 42 dərəcə isti...
- Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu
- Siqaret qaçaqmalçılığı: vəzifəli şəxslərin məhkəməsi başladı