Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən 30 ədəd Ayfon 13, 60 ədəd Ayfon 14 və 3 ədəd Ayfon 14 Pro Maks markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
- 1644-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada öldü
- “Hadrut fatehi”nin xanımı da tələbə oldu
- Ukrayna Krasnodarı vurdu: ölü və yaralılar var - Video
- Zədələnmiş pulu harada dəyişmək olar?
- ABŞ onların başına 10 milyon dollar mükafat qoydu - Siyahı
- Arvadının gözünü kor edibmiş... - İndi də atasının qətlinə görə tutuldu - Video
- Şəhid anası da tələbə adını qazandı - Foto