Abdullahian Bayramova niyə zəng etdi? – 2 məqsəd

08:02 - 9 Aprel 2023 - SİYASƏT

 Abdullahian Bayramova niyə zəng etdi? – 2 məqsəd

Bayramovla Abdullahianın telefon danışığında kimin zəng etdiyi açıqlanmasa da, təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur: Tehran Bakıya qarşı təzyiq siyasətini izləsə də, adekvat addımların nəticə əldə edə bilmədiyi anlamına gəlir və bunu görərək, loyal gediş edir.

Burada İranın iki mümkün məqsədi ola bilər:

Birincisi, Bakıya təzyiq etmədiyini, əksinə, qonşuluq prinsipinə sadiq olduğunu, lakin “Azərbaycanın İrana qarşı cəbhə aldığını” nümayiş etdirmək;

İkincisi, Azərbaycanda İran şəbəkəsinə qarşı aparılan əməliyyatların dayanmasına nail olmaq.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Əsas diqqətçəkən məqamlardan biri danışıqların iki raundda aparılmasıdır: İran XİN-in rəsmi məlumatına görə, XİN rəhbərləri dünən gecə və bu gün axşam telefonda danışıb.

Dünən İbrahim Rəisi Ərdoğanla telefonla danışmışdı, görünür, Ankara Tehrana Bakı ilə bağlı “qırmızı xət”lərini izah edib. Bununla yanaşı, “müsəlmanların hamisi” obrazını yaratmaq üçün Fələstin məsələsindən istifadə edən İran İƏT-in təcili tolantısını keçirmək istəyir və mövcud situasiyada bu təşəbbüsünün bütün üzv ölkələr tərəfindən dəstəklənməsində maraqlıdır.

Bu telefon danışığı Azərbaycanın adekvat addımlarının nəticə verdiyini göstərir. Tərəflər ikitərəfləri layihələrin icrası və təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə edib. Bayramov İsraildə səfirlik açmağımıza qarşı çıxan İrana Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılmasının vacibliyini deyib.

Lakin əsas məsələ hələ də açıqdır: İran mövcud siyasətindən əl çəkəcəkmi? Tehranın regional siyasəti bu gözləntini zəiflədir. Bundan əvvəl də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı. Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. O da istisna deyil ki, indi Azərbaycanda öz şəbəkəsinin neytrallaşdırılması prosesinin dayandırılmasını istəyən İran sonrakı mərhələdə “iğtişaşların yaradılması” planlarını da işə sala bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol