İranın rəsmi “İran” qəzeti “Hüseyniyyun” terror qruplaşmasının üzvləri ilə müsahibə dərc edib.
BUTA.TV xəbər verir ki, bu müsahibə Azərbaycan hakimiyyətini hədələmək və aşağılamaqla yanaşı, bəzi həqiqətləri də üzə çıxarıb.
“Hüseyniyyun” terror qruplaşmasının qurucusu Tövhid İbrahim Bigli müsahibəsində Qasım Süleymaninin bu qrupun yaranmasındakı rolu haqqında deyib:
“Hacı Qasım bir gün Suriyada müharibənin bitəcəyinə inanırdı, lakin müqavimət oxunun işi İsraillə birlikdə Cənubi Qafqaza köçəcəkdi. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyyun”un nizamnaməsini imzaladı”.
Bu müsahibədə iştirak edən terror qruplaşmasının digər üzvləri Orxan Məhəmmədov, Musa Əsədzadə və Əkrəm Hacızadədir.
“Hüseynyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdinin məsuliyyətini dolayısı ilə öz üzərlərinə götürürlər.
Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ-ın zərbələri nəticəsində İraqda öldürülüb.
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…