“Qafqaz Müsəlmanları İdarəsi ləğv olunub, Türkiyədəki kimi Diyanət Başqanlığı yaraıdlmalıdır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Turan Partiyasının başqanı Cahandar Bayoğlu “Reaksiya” TV-nin efirində deyib.
Onun sözlərinə görə, Azərbaycanda din üzərindən işğalçılıq siyasətinə son verilməli, təşkilatlanmış bir struktur darmadağın olmalıdır: “Necə ki, cənub bölgəsindəki nümayəndəsi sünni-şiə nifrəti yayır. Özü də Qafqaz Müsəlmanları İdarəsinin adı ilə. Mən Şeyxin həbs olunması ilə bağlı tələbimi hələlik son bəyanatlarına görə dayandırmışam. Amma o, belə fəaliyyətləri davam etdirərsə, mütləq həbs olunmalıdır. Şeyx də Əli Həsənovun dəstəsi ilə birlikdə həbs olunmalıdır. “Dindarlar, şiələr həbs olunub” fikrini cəmiyyətə yerindən dəstələr bu ölkədə sıfırlanmalıdır.
Biri ABŞ-dan gəlir boy atır, biri Londondan, biri Almaniyadan, 10-15 dənə qardaşağalar da gecələr Bakıda bir yerdə fikir mübadiləsindədirlər. Onlar Əli Həsənovun təlimatları ilə idarə olunurlar. O da Ocaq Nejadın adamları və Moskvanın generalları ilə görüşür”.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı