"Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" 2001-ci ildə təsdiq olunub.
Əsasnamənin 137-ci bəndində son yaş həddi müəyyən edilib.
General-mayorlar, general-leytenantlar üçün səlahiyyət müddətinin bitmə həddi 60 yaşdır, general-polkovniklər üçün isə 65-dir. Həmin bənddə bir istisna var. Prezident tərəfindən təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir... Bu sözləri açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
"Amma Daxili İşlər Nazirliyinin Əsasnaməsinə də baxdım. Həmin Əsasnamənin 5.3.13-cü bəndində deyilir ki, baş idarə rəislərini daxili işlər naziri təyin edir. Düzdür, nazir bunu Prezidentlə razılaşdırır, amma daxili işlər naziri rəisləri özü təyin edir. Deməli, yaş həddi baş idarə rəislərinə də aiddir, o cümlədən də Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova. Mövcud qanunvericiliyə görə, belə çıxır ki, Ramiz Zeynalov artıq 7 ildir, vəzifəsində qeyri-qanuni oturub. Buna görə də bu məsələni qaldırmaq, Daxili İşlər Nazirliyindən də soruşmaq lazımdır", — ekspert bildirib.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı