ABŞ-nin Nyu York şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə A.Quterreşin ofisi məlumat yayıb.
BMT-nin Baş katibi Rusiya XİN başçısı ilə Ukrayna müharibəsi, Suriya və Əfqanıstanı müzakirə edib. Quterreş taxıl sazişinin həyata keçirilməsində son maneələrlə bağlı narahatlığını ifadə edib.
BMT-nin rəhbəri Lavrova Putinə taxıl sazişinin genişləndirilməsi və uzadılması təklifləri ilə bağlı məktub da verib. Təşkilatın Baş katibi Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı narahatlığını nəzərə alıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT TŞ-nin iclasında iştirak etmək üçün Nyu Yorkda səfərdədir.
- AB Türkiyə ilə viza rejimini yumşaldacaq
- "Azərsun Holdinq" mediatur təşkil etdi
- Arzuma kəsilən cəza ağır və qeyri-mütənasibdir
- 12 il əri tərəfindən “əsir” saxlanılıb - Fransız qadının həyatı gündəm oldu
- 10 avtobusun hərəkət sxemi dəyişdirildi
- Sabah hava necə olacaq?
- Bakıda 177 eskalator yenilənir - Foto
- Bağçalara uşaqların elektron qəbulu başlanılır