Ukrayna genişmiqyaslı müharibənin ildönümündə Moskvaya hücum etməyi planlaşdırmırdı. Belə bir qərar ölümcül olardı və heç bir fayda gətirməzdi.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Vaşington Post” nəşrinin məqaləsini şərh edərkən deyib.
“Biz hamımız yenə qəribə media sensasiyası görürük... “Müharibənin ildönümündə Ukrayna bütün gücü ilə Moskvaya zərbə endirməyi planlaşdırırdı, lakin tərəfdaşları onu fikrini dəyişməyə məcbur etdi”, - Amerikanın nüfuzlu mediası konspirologiya əsasında yazır. Təbii ki, təfərrüatsız və məntiqsiz...
Və ona görə də sadə sualım var: Bu bizə nə üçün lazım idi? Belə birdəfəlik aksiya nəyi həll edəcək? Müharibənin gedişatını dəyişəcəkmi? Rusları qaçmağa məcbur edəcəkmi? Silah ehtiyacını aradan qaldırırdımı?" - Podolyak bildirib.
Onun sözlərinə görə, bu nəşr Qərbdə Ukraynanın guya “ağılsız, ciddi silahların etibar edilməyəcəyi təhlükəli ölkə” olduğu fikrini formalaşdırmaq məqsədi daşıyır.
Podolyak vurğulayıb ki, Ukrayna müharibə məsələsinə dəmir riyazi məntiqlə yanaşır.
Qeyd edək ki, "Vaşinqton Post"da yayımlanan məqalədə Kiyevin müharibənin ildönümündə (24 fevral - red.) Moskvaya zərbə endirməyə hazırlaşdığı, lakin tərəfdaşlarının təkidi ilə fikrindən daşındığı iddia edilib.
- Süleymançılara qarşı yeni əməliyyat: saxlanılanlar var
- Rusiya Kiyevdə hava limanını vurdu - Video
- Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - Video
- İran ordusu müdafiədən hücum doktrinasına keçdi
- Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib
- 1641-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Heç bir vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto
- Nurani bu nazirlə sinif yoldaşı olub - Foto