Türkiyə ilə körpü əvvəl-axır açılacaq, coğrafi mövqeyimiz bizə başqa alternativlər buraxmır. Amma biz başqa körpülər tikməliyik - Qərblə. Qəribə, ziddiyyətli bir dövrdə yaşayırıq, hara getdiyimiz də bəlli deyil. Söhbət Azərbaycanla sərhədlərin tanınmasından və Bakının bizi Qarabağla birləşdirən yeganə yolda keçid məntəqəsi quraşdırmasından gedir.
BUTA.TV xəbər verir ki, bunu erməni siyasi analitik Samvel Ohanesyan deyib.
“Ötən gün İrəvan meydanında Azərbaycan və Türkiyə bayraqları yandırıldı. İki ay əvvəl isə biz zəlzələdən zərər çəkmiş Türkiyəyə humanitar yardım göndərdik. Hətta bu məqsədlər üçün müvəqqəti olaraq Marqara körpüsü də açıldı. İndi də hökumətimiz eyniadlı keçid məntəqəsi açmağa hazırlaşır - layihələndirmə işlərinə pul ayrılıb. Ermənistan Avropaya meyillənib, amma bura gedən yolumuzda, bəli, bəli, yolumuzda məhz Türkiyə var. Ankarasız Avropaya giriş yoxdur. Artıq özünü Avropa hesab edən Gürcüstan belə türk qonşuları ilə dost olmağa məcburdur”, - o bildirib.
Ohanesyan qeyd edib ki, Marqara körpüsü açılmalıdır:
“Aprelin 23-də bayraq yandırmaq da adekvat insanların fikrincə, bu proseslərə rəğbətsizlikdir”.
- 1641-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Heç bir vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto
- Keçmiş baş nazir öldü: Məşhur diplomatın atasıdır...
- “O gün atama “get, yaşa” deyən məhz belə bir uzman həkim idi...”
- Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
- Türkiyədə helikopter qəzaya uğradı
- İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak
- Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb”