Almaniya xarici işlər naziri Annalena Berbok Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasına məhəl qoymayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild" nəşri bildirib.
"O, Təhlükəsizlik Şurasının iclasına dəvət edilsə də, əvəzində Almaniya vətəndaşlarının Sudandan xilas edilməsi məsələsi ilə məşğul olub. Sadə dillə desək: "Berbok Lavrovun yalanlarına qulaq asmaq istəməyib".
Alman diplomatlar jurnalistlərə bildiriblər ki, Rusiya bütün vəhşiliyi ilə qanunsuz işğalçı müharibəsini davam etdirərkən, Lavrov Təhlükəsizlik Şurasının iclasında “hər şey öz yolu ilə getdiyini” nümayiş etdirmək istəyib.
"Biz bu cür təbliğat oyunlarına hazır deyilik", - alman diplomatlar qeyd ediblər.
Qeyd edək ki, Lavrovun sədrliyi ilə keçən BMT TŞ-nin iclasına ABŞ Dövlət katibi Blinken də daxil olmaqla, böyük dövlətlərin əksəriyyətinin XİN rəhbəri qatılmayıb.
- Türkiyədə helikopter qəzaya uğradı
- İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak
- Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb”
- Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu
- Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır-Yenilənib
- Ən çətin mərhələni keçdik, amma... - SDQ-dən açıqlama
- Rusiya "Avrora"nın paylama mərkəzinə zərbə endirdi
- Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf