Söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir və bura başqa mənaların gətirilməsi prosesin həyata keçirilməsinə heç bir töhfə verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Laçın-Xankəndi yolunun başlanğıcında keçid məntəqəsinin quraşdırılması ilə bağlı danışarkən deyib.
“Qarabağ Azərbaycandır. Azərbaycanın Xankəndi və onun ətrafında yaşayan ermənilərə verdiyi təminatlara ciddi yanaşmaq lazımdır. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi İrəvana böyük iqtisadi fayda gətirəcək və Türkiyə ilə münasibətlərə təsir edəcək”, - Kalın bildirib.
- İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak
- Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu
- Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır-Yenilənib
- Ən çətin mərhələni keçdik, amma... - SDQ-dən açıqlama
- Rusiya "Avrora"nın paylama mərkəzinə zərbə endirdi
- Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
- Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
- Suriya “Məkkə sazişi”nə qoşulur? - Şeybani