Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 71 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 73 nəfər isə sağalıb, 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 199 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 762 nəfər müalicə olunaraq sağalıb, hazırda 204 aktiv xəstə var. Bu günə qədər 10 233 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 585, bu günə qədər isə ümumilikdə 7 585 820 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 434 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 959 861 olub.
- Rusiya "Avrora"nın paylama mərkəzinə zərbə endirdi
- Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
- Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
- Suriya “Məkkə sazişi”nə qoşulur? - Şeybani
- Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - Video
- M6 ekspres marşrutu bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra
- 1641-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ukrayna Yeysk limanını vurdu: gəmi yandı