Ukraynalılar Rusiya ordusuna qarşı əks-hücum etmək üçün yaxşı vəziyyətdədirlər.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.
O bildirib ki, ABŞ mümkün qəfil hücum üzərində ukraynalılarla birlikdə işləyib.
Kavolinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə çoxsaylı itkilərə baxmayaraq, Rusiyanın quru qoşunları bu gün müharibənin əvvəlində olduğundan daha çoxdur:
“Rusiya quru qoşunlarından başqa, istifadə edə biləcəyi bir sıra başqa imkanlara da malikdir. Hərbi-hava qüvvələri çox az itki verdi: 80 təyyarə itirdi. Onların daha 1000 qırıcı və qırıcı-bombardmançı təyyarəsi var".
- 1641-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ukrayna Yeysk limanını vurdu: gəmi yandı
- “Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
- ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
- Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
- Təyyarə qəzası: ölənlər var
- Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
- Artıq Hörmüz Amerika ərazisidir – Tramp elan etdi