Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiya Federasiyasına səfər çərçivəsində Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşüb.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Tərəflər “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələrin aparıldığını bildiriblər.
Görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.
Dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib.
Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
- Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi
- Rusiyada azərbaycanlı iş adamının ofisində axtarış başladı
- Nazirlikdən aktyorun corab satmasına reaksiya
- Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlandı
- Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?
- Bakıdan qovulan Ocaqnejad Kərbəlada azərbaycanlılarla görüşəcək
- İsrail səfiri Bakıda İranla bağlı mühüm məlumatı açıqladı
- Özbəkistandan Zəngəzurla bağlı açıqlama