Biz (Ermənistan hakimiyyəti – red.) Sentyabr müharibəsi (2022-ci il 12-14 sentyabr sərhəd toqquşması – red.) və digər əməllərlə cəzalandırıldıq, lakin Qarabağda baş verənlər bu məntiqə sığmır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, dəfələrlə Rusiyadan bu vəziyyətin niyə yarandığını soruşublar:
“Dəfələrlə olub: Çaylaqqala, Fərrux, dekabrın əvvəlindən kəsilən Laçın yolu, indi körpünün üstü (Həkəri körpüsündə sərhəd-keçid məntəqəsi nəzərdə tutulur – red.). Bu hərəkətlər artıq insident deyil, reallıqdır. Rusiya 2020-ci ildə Qarabağ sakinlərinə təhlükəsizlik zəmanəti vəd edib. Qarabağın erməni sakinləri də bu zəmanətlərə qulaq asaraq geri qayıtdılar. Amma bu zəmanətlər işləmir. Qarabağda həmişə rusiyapərəst əhval-ruhiyyə olub və Ermənistan xarici siyasət vektorunu dəyişməyib”.
Qriqoryan Laçın yolunda baş verən bütün hadisələrə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü qeyd edib:
“Rusiya regionda qalarsa, başqa cür hərəkət etməlidir. Ermənistan üçün çox vacibdir ki, ermənilər Qarabağda yaşasın, hüquq və təhlükəsizlik təminatları alsın. Bunun üçün çoxsaylı addımlar atılır”.
- Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişdi
- Azərbaycan və İran müdafiə nazirləri görüşdü - Video
- Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?
- Uşaqlara sosial şəbəkəni necə qadağan etmək olar?
- Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olundu
- "City Garden Narimanov": 36 ayadək faizsiz, daxili kreditlə mənzil...
- Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir