Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qrancer (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) və Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen (Finlandiya) və Boriana Aberq (İsveç) Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayıblar.
BUTA.TV xəbər verir ki, bəyanatda 2022-ci ilin dekabrın 16-da Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırış növbəti dəfə təsdiqlənib.
Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edilərək, Azərbaycanın “Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətini təmin etmək” üçün sərəncamında olan bütün tədbirləri görmək çağırışı edilib.
Həmsədrlər sərhəd məsələləri üzrə danışıqları aktivləşdirməyə və bütün mübahisələri sülh yolu ilə həll etməyə də çağırıblar.
Qeyd edək ki, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına baxmayaraq, sülhməramlıların humanitar yardım yüklərinə heç bir problem yaratmır. O cümlədən Xankəndidə xəstələrin İrəvana daşınması da təmin edilir.
- 1641-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ukrayna Yeysk limanını vurdu: gəmi yandı
- “Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
- ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
- Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
- Təyyarə qəzası: ölənlər var
- Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
- Artıq Hörmüz Amerika ərazisidir – Tramp elan etdi