Ərdoğanın səhhəti ilə bağlı son məlumat

14:58 - 27 Aprel 2023 - GÜNDƏM

 Ərdoğanın səhhəti ilə bağlı son məlumat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı şayiələr siyasi məqsədlər güdür.

BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə liderinin administrasiyasındakı mənbə bildirib.

“Mən sizə açıq-aydın bəyan edirəm: bu söz-söhbətlər siyasi məqsədlər güdür, ölkəmizin bədxahlarından gəlir. Prezident adi qaydada fəaliyyətini davam etdirir”, - mənbə qeyd edib.

Qeyd edək ki, iki gün öncə Prezident Rəcəb Tayyib Ərdoğan mediaya canlı müsahibəsində özünü yaxşı hiss etmədiyini bildirib və yayım dayandırılıb. Bir müddətdən sonra yayım bərpa edilib, Ərdoğan izləyicilərdən üzr istəyərək, gərgin iş rejiminə görə soyuqladığını açıqlayıb.

Daha sonra Prezident Ərdoğanın seçki görüşləri təxirə salınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol