Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Hikmət Məmmədov, Sədaqət Vəliyeva, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Ankara şəhərinin Əsənboğa Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Hüquq komissiyasının sədri Erol Kaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Türk Dövlətləri Parlament Assambleyasının iclasında çıxışı gözlənilir.
- Dövlət xidməti bu MMC-ni cəzalandırdı
- İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı
- Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir
- İran ABŞ esminesinə uzaqlaşmaq əmri verdi – cavab...
- Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video
- Dövlət xadimləri adından növbəti saxta açıqlamalar
- Bu nazirlikdə mühüm təyinatlar oldu
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir