Bu, mina terroru kimi qiymətləndirilməlidir

23:06 - 28 Aprel 2023 - GÜNDƏM

 Bu, mina terroru kimi qiymətləndirilməlidir

2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsünün ağır bədən xəsarətləri alması Azərbaycan ərazisində növbəti mina terroru kimi qiymətləndirilməlidir.

BUTA.TV xəbər verir ki, bu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının QHT nümayəndəsinin minaya düşməsi ilə bağlı bəyanatında yer alıb.

“2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri almış və sağ ayağı dizdən aşağı amputasiya olunmuşdur.

Bu hadisə Azərbaycan ərazisində növbəti mina terroru kimi qiymətləndirilməlidir. Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş çoxsaylı mina partlayışları nəticəsində indiyə qədər, ümumilikdə 286 nəfər mina terrorunun qurbanına çevrilib və onlardan 48 nəfəri həlak olub.

Bu xəbər hal-hazırda çox oxunur
“Tüpürüm Putinin fərmanına! ” - Ayaz Salayev

Ermənistan Respublikası nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, bu gün də təxribatlarını davam etdirərək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə yenidən minalar basdırır, nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür.

Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq”, - bəyanatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol