Məşhur musiqiçi, elektronik rəqs musiqisi bəstəkarı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Milli Parkda "Formula 1" Azərbaycan Qran-Prisi çərçivəsində konsert proqramı ilə çıxış edib.
Kult.az xəbər verir ki, niderlandlı DJ gözəl musiqiləri ilə "Formula 1" azarkeşlərinin zövqünü oxşayıb və onlara unudulmaz anlar yaşadıb.
DJ Don Diablonun elektronik musiqi səhnəsinə bəxş etdiyi əvəzolunmaz töhfələri göz önündə olsa da, o, fiziki və rəqəmsal dünya, eləcə də nostalgiya ilə gələcək arasında körpü rolunu oynayan kripto-incəsənət əsərləri yaratmaqla məşhurlaşaraq 2021-ci ilin martında NFT (rəqəmsal sənət nümunələri) sahəsində də özünü sınayıb. “GΞNΞSIS NFT” – holoqrafik musiqi nümunəsi və “DΞSTINATION HΞXAGONIA” – dünyanın ilk tammetrajlı rəqəmsal konsert filminin buraxılışı ilə hazırda dünyada ən çox musiqisi satılan kriptovalyuta sənətçisi kimi də tanınır.
Qeyd edək ki, F-1 təqviminin ən sürətli şəhər yarışlarından olan Formula 1 Azərbaycan Qran-Prisi trekdə və trekdən kənarda avtoidman həvəskarlarına bol əyləncə vəd edir.
- Pxenyanın Rusiyaya verdiyi raket: Beş "İsgəndər" gücündədir...
- Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi
- “TikTok” üçün video çəkmək istəyən azyaşlını “tok” vurdu
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək