Ərdoğan vətəndaşlara bu işləri görəcəyini söz verdi!

12:18 - 29 Aprel 2023 - GÜNDƏM

 Ərdoğan vətəndaşlara bu işləri görəcəyini söz verdi!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan və seçkilərdə iştirak edəcək ölkə vətəndaşları üçün çağırış edib.

BUTA.TV xəbər verir ki, Türkiyə lideri bu barədə Tvitter hesabında yazıb.

“Əziz Türkiyə vətəndaşları, əvvəlki iqtidar həmişə sizi görməzdən gəlib. Sadəcə valyuta ilə bağlı problem yaşayanda sizləri xatırlayıblar. Biz isə hər məsələdə yanınızda olmuşuq, bir çox problemlərinizi həll etmişik, hüquqlarınızı qorumuşuq.

Bəs, bundan sonra hansı işləri görəcəyik?

Bu xəbər hal-hazırda çox oxunur
“Tüpürüm Putinin fərmanına! ” - Ayaz Salayev

1. TOKİ vasitəsilə sizin üçün xüsusi mənzil layihələri hazırlayacağıq

2. Ailə attaşelərimizin və səyyar konsulluq xidmətlərinin sayını artıracağıq

3. Biz xaricdə təhsil almış ixtisaslı şəxslərin ölkəmizdə işlə təmin olunmasına şərait yaradacağıq

4. Parlamentdə sizlərin sözünüzə diqqət yetirəcəyik və tələblərinizin yerinə yetirilməsini təmin edəcəyik

5. Türkiyədə mobil cihazların qeydiyyatsız istifadə müddətini sizin üçün 180 günə qədər artıracağıq

6. Türkiyəyə gətirdiyiniz nəqliyyat vasitələrinin yenidən ölkəyə girişi üçün xaricdə qalma tələbini 30 günə endirəcəyik.

7. Xaricdə həqiqi hərbi xidmətdə olanların ikitərəfli müqavilələr çərçivəsində Türkiyədə də hərbi xidmətinin tanınmasını təmin edəcəyik

8. Hər il xaricdə yaşayan 10 min gəncimizi Türkiyəyə gətirəcəyik”, - Ərdoğan bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol