Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçıları erməni əhalisini hədələyib.
BUTA.TV xəbər verir ki, separatçıların “dövlət naziri” kimi təqdim edilən Qurgen Nersisyan erməni icması üzvlərini götürdüyü kreditləri dərhal ödəməyə çağırıb, əks halda onlarla “polislərin” məşğul olacağını deyib.
Erməni mediasının məlumatında qeyd edilir ki, icma üzvlərinin götürdüyü kreditin həcmi 150 milyard dram (380 milyon dollar) təşkil edir.
Erməni icmasının nümayəndələri isə mediaya açıqlamalarında kreditləri qaytarmaq imkanında olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, hazırda Xankəndi və ətrafında heç bir ev, mülk, torpaq sahəsi satılmır, alıcı yoxdur, ən ucuz evlərə də qiymət verən yoxdur. Buna görə də ermənilər kreditləri mülklərini satıb ödəmək imkanından da məhrumdurlar.
Nersisyan isə bunu icmanın “təxribatı” adlandırıb, deyib ki, ermənilər kreditləri qəsdən qaytarmır və bu da “investisiya fondu”nun işini iflic edir.
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert
- Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika
- Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto
- 5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər
- Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya
- İlham Əliyev Daşkənddə ziyafətdə - Video
- İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
- Əliyev Daşkənddə tədbirdə iştirak etdi, Qasımov mükafatlandırıldı