Vaşinqton gələn həftə Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə danışıqların növbəti raundunu keçirməyə və fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi” hazırlamağa hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə “Turan” diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın dövlət katibi Entoni Blinkenin dəvəti ilə bazar ertəsi, mayın 1-də ABŞ paytaxtına gedəcəkləri gözlənilir. Mənbə əlavə edib ki, xarici işlər nazirlərinin görüşü bir neçə gün davam edə bilər.
Dövlət Departamentinin sözçünün müavini Vedant Patel gündəlik brifinqdə bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında davamlı sülh axtarışları ilə fəal məşğul olmağa davam edir.
“Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? – FOTOLAR
“Blinken artıq həm xarici işlər nazirləri ilə (keçən ilin noyabrında Vaşinqtonda), həm də hər iki ölkənin liderləri ilə (fevralda Münhen Təhlükəsizlik Konfransında) danışıqlar aparıb.
Qarşıdan gələn nazirlər görüşü Fransa xarici işlər nazirinin Bakı və İrəvanda münaqişənin həlli ilə bağlı danışıqlarından cəmi bir neçə gün sonra baş tutacaq.
Diplomatik mənbələr bildirirlər ki, Vaşinqtonda danışıqlar sülh üçün “yol xəritəsi”nin hazırlanmasında uğur qazanarsa, o zaman Avropa Azərbaycan və Ermənistan liderlərini bir neçə həftə ərzində sülh müqaviləsi bağlamağa qəbul edəcək”, - məlumatda qeyd olunub.
- Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto
- Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı
- Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror
- Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi... - Kreml
- Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
- Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi
- Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb