"Formula 1" Azərbaycan Qran Prisinin ikinci günü, bu gün ölkəmizdə ilk dəfə irimiqyaslı dron şou nümayiş olunacaq.
BUTA.TV xəbər verir ki, saat 21:45-də baş tutacaq şouda 1000 ədəd dron eyni vaxtda səmaya qalxaraq bənzərsiz görüntü sərgiləyəcək. Dron performansı ilə eyni zamanda dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardvell Dənizkənarı Bulvar səhnəsində təkrarsız ifası ilə azarkeşləri coşduracaq. Yüksək templi canlı ifa dinamik vizual effektlərlə müşayiət olunaraq şəhər sakinlərinin və çoxsaylı xarici qonaqların zövqünü oxşayacaq.
Qeyd edək ki, Bakı yarışı çərçivəsində uzun fasilədən sonra baş tutacaq möhtəşəm konsert proqramı eyni vaxtda yarışı canlı izləyən 30 minə yaxın F1 azarkeşlərinin böyük marağına səbəb olacaq.
- “TikTok” üçün video çəkmək istəyən azyaşlını “tok” vurdu
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video