Aprelin 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, saat 09:00-dan 12:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər tezdən gözlənilən duman tədricən seyrələcək. Cənub küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturu 19-24° isti olacaq.
Saat 12:00-dan 15:00-dək hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 metr/saniyə təşkil edəcək. Havanın temperaturunun 25-29° isti olacağı proqnozlaşdırılır.
Saat 15:00-dan 18:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18 radələrində arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, 7-12 metr/saniyə təşkil edəcək, saat 18 radələrində şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 olacaq, arabir 15 metrə çatacaq. Havanın temperaturu 29°-dək isti, saat 18 radələrində 22°-yə yaxın olacağı bildirilir.
“Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib? – FOTOLAR
Saat 18:00-dan 21:00-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 9-14 metr olacaq, saat 20:00-21:00 arasında arabir 16-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun 17-20° isti olacağı ehtimal edilir.
Saat 21:00-dan 00:00-dək hava şəraitinin buludlu olacağı gözlənilir. Saat 23:00-00:00 arasında yağışın başlanması ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 10-15 metr olacaq, arabir 18-20 metrədək güclənəcək. Havanın temperaturu 15-17° isti olacaq.
- Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto
- Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı
- Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror
- Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi... - Kreml
- Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!
- Generalların saxlanıldığı həbsxanaya yeni - Rəis təyin edildi
- Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi
- Rus milyarderlər Türkiyəyə “qaçır” – Səbəb