Bir sıra layihələr həyata keçirməyi düşünürəm. Ancaq əsas fikrimi solo konsertimə cəmləmişəm. Payızda, Məhərrəmlik ayı bitəndən sonra İranda konsert verəcəm.
Bu sözləri Kult.az-a güneyli xanəndə, “Muğam müsabiqəsi 2017”nin üçüncüsü Məcid Əsri yaradıcılıq planları haqqında danışarkən deyib.
O, solo-konserti üçün hazırlıqların başladığını bildirib:
“Mahnı-musiqi” qrupu ilə birgə tur həyata keçirmək fikrimiz var. Tehrandan başlayıb, Güney Azərbaycan şəhərlərində yekunlaşdıracam. Bütün türk şəhərlərini gəzib, xalqımız qarşısında çıxış edəcəm”.
Məcid Əsri konsert ərəfəsində Bakıya səfər etməyi planlaşdırdığını da qeyd edib:
“Bakıya səfər edəcəm. Lakin gəlişimin məqsədini hələ açıqlamaq istəmirəm. Bəzi işlər var, onlar dəqiqləşən kimi ətraflı məlumat verəcəm”.
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır