"Formula 1": Bu gün Qran-prinin qalibi bəlli olacaq

10:22 - 30 Aprel 2023 - GÜNDƏM

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

BUTA.TV xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq.

İlk olaraq "Formula 2"də qalib müəyyənləşəcək. İkinci dərəcəli pilotların mübarizəsi saat 11:25-də start götürəcək.

Daha əvvəl "Formula 1"in sıralama turunda "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Ferrari"nin digər pilotu Karlos Sayns və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.

"Formula 2"də isə "Prema Racing"dən Oliver Bearman sıralama turunda bütün rəqiblərini qabaqlamışdı.

Azərbaycan Qran-prisində sonuncu günün proqramı

11:25. "Formula 2"də əsas yarış

12:45. Klassik maşınların paradı

14:46. Dövlət Himni mərasimi

15:00. "Formula 1"də əsas yarış


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol