Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb.
BUTA.TV xəbər verir ki, “Qarabağ”ın futbolçusu Amid Qasımov ilkin heyətdən çıxarılıb.
U-17 yarışda bu oyunçularla mübarizə aparacaq: Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayilzadə (“Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayilzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).
Eyni zamanda, yığmanın turnirdə keçirəcəyi oyunların təqvimi də bəlli olub.
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video - Yenilənib
2 may
13:00. Farer adaları - Azərbaycan
“House of Football" stadionu
4 may
19:00. Albaniya - Azərbaycan
“House of Football" stadionu
7 may
13:00. Azərbaycan - Moldova
“House of Football" stadionu
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
- Argentina çətin qələbə ilə 1/8 finalda - Yenilənib+Video
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır