Ermənistanda Sərkisyan rejimini devirən məxməri inqilabdan sonra böyük gözləntilər olsa da, son illər İrəvanın demokratik mənzərəsi qaranlıq olaraq qalır. Ölkənin hazırkı hökuməti durmadan qeyri-demokratik idarəçiliyə və bəlkə də avtoritarizmə doğru yol alır.
BUTA.TV xəbər verir ki, bu barədə “National İnterest” qəzetində yayımlanan məqalədə deyilir.
“Siyasi fəalların və jurnalistlərin təqib olunması xüsusi narahatlıq doğurur və bu, demokratik təsisatların fəaliyyətinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış bir sıra QHT-lərin illik hesabatlarında öz əksini tapır. Məsələn, “Freedom House” son illik hesabatında Ermənistanda siyasi hüquqlar və vətəndaş azadlıqları ilə bağlı qiymətləndirməsini aşağı salıb. Ölkə hakimiyyəti siyasi dissidentlərə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı genişmiqyaslı tədbirlər həyata keçirir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, Ermənistanda bir neçə müxalif siyasətçinin elektron cihazları “sındırılıb”, onlar təqib olunurlar:
“Paşinyan da devirdiyi əvvəlki hökumətin üzvlərini təqib edir. İki keçmiş müdafiə naziri siyasi motivli kimi qələmə verilən ittihamlarla həbs olunub. 2008-2016-cı illərdə xidmət etmiş keçmiş müdafiə naziri Ohanyan 2020-ci ildə 2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham edilərək həbs edilib. Eyni ittiham 2021-ci ildə saxlanılan digər keçmiş müdafiə naziri Tonoyana qarşı da irəli sürülüb.
Hakim hökumət 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkidə qalib gəldikdən sonra vəziyyət sürətlə dəyişməyə başlayıb. Paşinyan 2021-ci ildə xalqından qondarma “polad mandatı” aldıqdan sonra hökumət xalq düşmənlərinin ovlanması ilə bağlı kəsilmiş işini – Stalin dövründəki təmizləmələri xatırladan prosesi bərpa edib. Bu mübarizədə ilkin hədəflərdən biri də dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun nümayəndələri olub. Məsələn, hakimiyyət Fransadakı erməni diaspor təşkilatının sədri Papazyanı 2022-ci ilin iyulunda ölkəyə buraxmaqdan imtina edib. Heç vaxt cinayət törətməyən Papazyanın Ermənistana girişi yalnız 2021-ci ildə Parisdə Paşinyan əleyhinə keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə qadağan edilib”.
Vurğulanır ki, Ermənistanda media azadlığı da getdikcə daralır:
“Ermənistanda media azadlığı zorakılıq təhdidlər və bahalı diffamasiya iddiaları arasında sıxışıb qalıb. Azərbaycanla 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra belə erməni cəmiyyəti hazırkı hökumətə daha bir şans verdi. Lakin buna baxmayaraq, Ermənistanda siyasi ab-hava mənfi istiqamətdə dəyişir”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək