Putinin hücum zamanı ən ciddi səhvi

13:56 - 1 May 2023 - GÜNDƏM

 Putinin hücum zamanı ən ciddi səhvi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin əvvəlinə orduya vahid bir komandan təyin etmədi. Çünki o, tez bir zamanda qələbəyə ümid edirdi və bu qələbəni özünə aid etmək istəyirdi. Lakin sonra Putin Rusiyanın hərbi rəhbərliyini mütəmadi olaraq dəyişməyə başladı və bununla da Ukraynadakı uğursuzluqların məsuliyyətini generalların üzərinə atmağa çalışdı.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Bu, İkinci Dünya müharibəsi zamanı Sovet lideri Stalin və Sovet İttifaqının marşalı Jukov arasında mövcud olan dinamikaya bənzəyir. Stalinin məhdud və köhnəlmiş hərbi təcrübəsi var idi və o, Jukovun hərbi şöhrətinə paxıllıq edirdi. Putinin heç bir hərbi təcrübəsi yoxdur. Ola bilsin ki, məhz Putin də heç bir hərbi komandirin onu üstələməsini istəmirdi deyə vahid komandan təyin etməni gecikdirdi. Putin yəqin ki, özünü Ukraynaya uğurlu işğalın arxasında duran Ali Baş Komandan və təşkilatçı kimi təqdim etmək istəyirdi. Kreml Kiyevin bir neçə günə tutula biləcəyini gözləyirdi. Bu baxımdan da Putin bu sürətli işğalı şəxsi geosiyasi qələbəsi elan etmək istəyirdi”, - məlumatda deyilir.

Qeyd olunur ki, Putinin vahid komandir təyin etmək istəməməsi Rusiya ordusu üçün mənfi nəticələrə səbəb oldu:

Bu xəbər hal-hazırda çox oxunur
Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

“Xüsusilə, bu cür hərəkətlər komanda strukturlarının qeyri-mütəşəkkilliyinə təkan verdi. Daha sonra ordu komandanlığının müntəzəm dəyişməsi Rusiya silahlı qüvvələrinin daha da parçalanmasına və komanda strukturlarının qeyri-mütəşəkkilləşməsinə gətirib çıxartdı. Bu isə öz növbəsində Rusiya silahlı qüvvələrinin Ukraynada ardıcıl kampaniya aparmaq imkanını zəiflədir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol