Türkiyə “Akkuyu”nu bu məbləğə sığortaladı

15:26 - 1 May 2023 - GÜNDƏM

 Türkiyə “Akkuyu”nu bu məbləğə sığortaladı

Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyinə tabe olan “Akkuyu” AES 700 milyon avroya sığortalanıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin martında nüvə tənzimlənməsi haqqında qanun qəbul edilib:

“Qanuna əsasən, nüvə obyektlərini yaradacaq və istismar edəcək şəxslər, habelə nüvə enerjisi sahəsində çalışacaqlar üçün icbari sığorta tətbiq edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

Qərarın bir hissəsi olaraq Nüvə Sığortası yaradılıb. Maliyyə və Xəzinədarlıq Nazirliyinin törəmə şirkəti olan “Türk Reasürans” tərəfindən idarə olunan Xüsusi Riskin İdarəetmə Mərkəzinin sığorta təminatını qarşılamasına dair qərar verilib. Bu çərçivədə Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES mərkəz tərəfindən 700 milyon avroya sığortalanıb”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol