Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, 8 kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik.
BUTA.TV xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
"Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir”, - məlumatda bildirilib.
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”