Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin keçdiyi yolda partlayış olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yerində polis əməliyyat tədbiri həyata keçirib.
Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ölkə paytaxtı Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu kortejdəki avtomobillərdən birinin qarşısında işə düşüb. Xəsarət alan olmayıb.
Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb.
Mayın 2-də Bolqarıstanın Baş naziri Qılıb Donevin Daxili İşlər Nazirliyi və Baş Prokurorluq orqanlarının rəhbərləri ilə görüş keçirəcəyi gözlənilir.
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”