Ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul olundu

18:20 - 1 May 2023 - GÜNDƏM

 Ekologiya sahəsi üzrə yeni dövlət standartı qəbul olundu

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 28540:2023 “Suda 16 politsiklik aromatik karbohidrogenlərin (PAH) təyini. Kütlə-spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyasından istifadə üsulu (GC-MS)” dövlət standartı qəbul edilib.

Bu barədə BUTA.TV-a AZSTAND-dan məlumat verilib.

Dövlət standartı 0,005 μq/l-dən yuxarı kütlə konsentrasiyaları olan içməli suda və yeraltı sularda, 0,01 μq/l-dən yuxarı kütlə konsentrasiyası olan səth sularında ən azı 16 seçilmiş PAH-ın təyini üçün metod müəyyən edir. Dövlət standartı asılı maddə miqdarı 150 mq/l-ə qədər olan su nümunələri üçün də istifadə edilə bilər. Bu üsul bəzi dəyişikliklər edilərək tullantı sularının analizi üçün də uyğundur. Bu metod hər bir hal üçün təsdiqlənməsi şərti ilə digər PAH-lara da tətbiq oluna bilər.

Yeni standart "Ekologiya” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 09) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol