Son sutkada koronaya yoluxanların sayı açıqlandı

19:06 - 1 May 2023 - GÜNDƏM

 Son sutkada koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə BUTA.TV-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 6 nəfər isə sağalıb,1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 386 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 873 nəfər müalicə olunaraq sağalıb, hazırda 271 aktiv xəstə var. Bu günə qədər 10 242 nəfər vəfat edib.

Bu xəbər hal-hazırda çox oxunur
Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 679, bu günə qədər isə ümumilikdə 7 590 936 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 3 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 877 olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol