“TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlcuq Bayraqdar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.
BUTA.TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, dəvət Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsndə “Azərkosmos”un pavilyonunu ziyarət edən S.Bayraqdara təqdim olunub.
"Azərkosmos" Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST Türkiyə” festivalı çərçivəsində 2-6 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresi ilə bağlı aktiv təbliğat işləri həyata keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə milli pavilyonda təmsil olunan Azərkosmos festivalın iştirakçılarına Azərkosmosun fəaliyyəti və konqres haqqında geniş təqdimatlar nümayiş edib.
Festival çərçivəsində İstanbul şəhərində Azərbaycanın Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəssisələrində – Boğaziçi Universiteti, Yedditəpə Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Universitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr olunmuş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər.
- Milli mətbuatın yaranmasından 150 il ötür
- Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu
- AZAL sərnişinlərini öldürən şəxsin - Fotosu
- Prezident "Teleqraf" Media Qrupun əməkdaşlarını təltif etdi
- Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi
- Yaqub Eyyubovun adından saxta açıqlama
- Azərbaycan XİN Banqladeşə başsağlığı verdi
- Rusiya Azərbaycandan bunu istəyir