Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.
BUTA.TV xəbər verir ki, onlar dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitlərin satışını təşkil etməklə “kərimə dövlət”nin əlaqələrini dərinləşdirməyə çalışıblar. Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.
Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar aşkarlanıb. Müəyyənləşib ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.
Qeyd olunan faktlar üzrə araşdırmalar davam etdirilir.
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”