Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitter səhifəsində paylaşım edib.
“2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”, - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...