Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibənin başa çatdığını elan edə bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.
"Putin mayın 9-da qələbəsini elan etməyə çalışacaq. O, Ukrayna ərazilərinin ələ keçirilməsi və quru dəhlizindən danışacaq. Putin qondarma "xüsusi hərbi əməliyyat"ın tapşırıqlarını yerinə yetirdiyini bildirəcək", - Svitan deyib.
Qeyd edək ki, mayın 1-də RBK eyni iddia ilə çıxış edərək, Rusiyanın 9 maya qədər Baxmutu alacağı və Putinin Qələbə paradında çıxışı zamanı müharibənin bitdiyini elan edə biləcəyini yazmışdı.
- Türkiyədə mədəndə uçqun baş verdi
- Gəncədə boğularaq öldürülən qadının - Fotosu
- Dünya təcavüzkara adekvat reaksiya göstərməlidir - Zelenski
- Berlində gizli silah anbarı aşkarlandı
- ABŞ-da yeni aviadaşıyıcıya Trampın adı verilə bilər
- Şimali Koreya Rusiyaya 8500 hərbçi göndərir
- Rusiya Krivoy Roqa zərbə endirdi: ölənlər var
- Paytaxtın 2 rayonunda yol bağlanır - Adlar