Rusiyalı aparıcı Vladimir Solovyovun proqramında Rusiyanın keçmiş uşaq ombudsmanı Pavel Astaxov Polşanın Moskvadakı səfirini öldürməklə hədələyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə “Rossiya 1” kanalında “Bazar axşamı” verilişinin efirində deyib.
“Diplomatları mənzillərindən, istirahət evindən qovublar, diplomatik nümayəndəliklərimizin hesablarına həbs qoyublar, sonra bütün pulları alıblar, indi məktəbi müsadirə etdilər. Biz necə cavab veririk? Nota, qəzəb, səfiri çağırmaqla. Bir il əvvəl Varşavadakı səfirimizin üzərinə qırmızı boya atanda gözlədim ki, Polşanın Rusiyadakı səfirini Moskva çayında tapacaqlar, ya da tapmayacaqlar. Çünki bu, düşməncəsinə edilmiş addıma bir cavabdır. Bu, beynəlxalq hüquq çərçivəsindədir”, - o bildirib.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video