Vaşinqton görüşündə əsas məqam danışıqların bir gündən daha çox davam etməsidir və görünür:
- Tərəflər sülh sazişinin imzalanmasına yaxındır, yaxud ən azı sülh sazişi ilə bağlı “yol xəritəsi” üzərində anlaşma imkanı var;
- İstisna deyil ki, görüşün uzunmüddətli keçirilməsi Rusiyanın prosesə müdaxilə etməsi riskinə qarşıdır və ABŞ tərəflərin masadan razılaşma ilə qalxmasına çalışır.
Bundan öncə də yazmışdıq: Laçında sərhəd-keçid məntəqəsinin qurulması sülh müqaviləsində maneələrdən birinin – kommunikasiyanın “yol məntiqi” üzrə açılması – aradan qalxması və ABŞ masasında irəliləyiş əldə etmək imkanı yaradıb.
Vaşinqton danışıqlarında diqqətçəkən məqamlardan biri də Qarabağdakı ermənilərin Azərbaycan tərkibində “etnik azlıq” olaraq qəbul edilməsi və yalnız “hüquq və təhlükəsizliyinin qorunması” üzrə müzakirələrin aparılmasıdır.
Müsbət gözləntilər artır, hərçənd, Rusiyanın prosesi pozmaq cəhdlərinin olacağı da aydındır. Peskov açıq şəkildə “münasibətlər yalnız üçtərəfli razılaşmalar çərçivəsində mümkündür” dedi və bununla razılaşmanı qəbul etməyəcəklərini öncədən elan etdi.
Moskvanın rıçaqları hələ də var, xüsusilə Qarabağdakı separatçılar üzərindən problemlər yarada bilər. Eyni zamanda, nazirlərin Vaşinqtondan sonra Moskvada planlaşdırılan görüşü Rusiyanın hər iki tərəf üçün məqbul ola biləcək təkliflər verə biləcəyi ehtimalını da önə çıxarır: mümkündür ki, bu, üçtərəfli razılaşmalarda korrektlərin edilməsi ola bilər, xüsusilə kommunikasiyanın açılması ilə bağlı məsələlərdə.
Baş verənlər sülh sazişinin Bakı və İrəvandan daha çox, geosiyasi oyunçuların hansının qalib gələcəyindən asılı olduğunu göstərir.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video