İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Məclisdə çıxışı zamanı deyib.
“İnsanlar söyləyirlər ki, kim olur-olsun, yalnız onlar olmasın. Siz bunu başa düşürsünüzmü? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Köçəryan, Serj Sərkisyan haradadır? Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər”, - spiker bildirib.
Alen Simonyan qeyd edib ki, Robert Köçəryan və Serj Sərkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər:
“Robert Köçəryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən iddia edirəm ki, o, çox qorxur”.
Spiker Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını vurğulayıb: “Qulaq asın, ümidlərinizi kəsin, seçkilərdə uduzacaqsınız”.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.
- “Qafqazinfo”nun ad günüdür
- Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video