İcra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələ aylardır mətbuatda müzakirə olunur. Mediada bu barədə müxtəlif mövqelər səsləndirilir. Əsas fikir isə ondan ibarətdir ki, icra hakimiyyətləri artıq köhnəlmiş struktur kimi ləğv edilə bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
“Xüsusilə idarəçilikdə yeni tələblər, onun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinin aktuallığı fonunda icra hakimiyyətlərinin ləğvi barədə mövqelər getdikcə daha çox üst-üstə düşür. Əksər ekspertlərin fikrincə, Azərbaycan artıq inkişafın elə bir mərhələsindədir ki, bu mərhələdə icra hakimiyyətləri öz funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilmirlər. Nəzərə alsaq ki, icra hakimiyyətlərinin statusu Konstitusiyada təsbit olunub, onların ləğvi yalnız referendum yolu ilə mümkündür. Bütün bu məsələlər isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin səlahiyyətlərinə daxildir. Dövlət başçısı islahatçı liderdir və dəyişən reallıqlara adekvat olaraq ölkəmizdə dəfələrlə referendumlar keçirilib. Əgər bu məsələ aktuallaşsa və zərurət yaranarsa, icra hakimiyyətlərinin ləğvi yenidən gündəmə gələ bilər”, - o vurğulayıb.
Elman Nəsirovun sözlərinə görə, prezidentin xüsusi nümayəndə institutu artıq həm Naxçıvanda, həm də Qarabağda özünü doğruldub:
“Vaxtilə bu institut tətbiq edilərkən cənab Prezident qeyd etmişdi ki, əgər xüsusi nümayəndə institutu özünü doğruldarsa, onun tətbiqi Azərbaycanın digər bölgələrinə də şamil oluna bilər. Məsələyə bu kontekstdən yanaşdıqda, Naxçıvanda və Qarabağda institutun uğurlu nəticə verdiyi nəzərə alınsa, bu modelin ölkə üzrə tətbiqi tamamilə mümkündür. Belə olan halda, yalnız referendum keçiriləcəyi təqdirdə məsələ hüquqi həllini tapa və məlum institutdan geniş şəkildə istifadə edilə bilər”.
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video
- Bu şəxslər hərbi xidmətdən azaddır!
- Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...
- Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...
- Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur
- Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?