Azərbaycan hüquq-mühafizə orqanlarından alınan məlumatlar əsasında Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.
O qeyd edib ki, bu gün səhər saatlarında ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri leqallaşdırmağa çalışan mütəşəkkil cinayətkar təşkilatların rəhbərlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib:
"Orkinos Bulut-2”əməliyyatı ölkə hüdudları daxilində İstanbul mərkəzli olmaqla Adana, Ağrı, Aksaray, Ankara, Artvin, Bingöl, Bursa, Diyarbəkir, Ərzurum, Hakkari, İstanbul, Qars, Manisa, Mardin, Mersin, Muğla, Sakarya, Şanlıurfa, Təkirdağ, Tokat və Van daxil olmaqla ümumilikdə 22 şəhərdə icra olunub. Əməliyyat öncəsi Niderland, İran, Estoniya, Sloveniya, Azərbaycan, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstan hüquq-mühafizə orqanları ilə məlumat və sənəd mübadiləsi aparılıb".
Nazir əməliyyat çərçivəsində hədəflərində 5 ayrı beynəlxalq narkotik mütəşəkkil cinayət təşkilatı olduğunu vurğulayıb:
"Bu təşkilatların cinayət törətmək məqsədilə dəstə yaratmaq, narkotik vasitələrin alqı-satqısı, cinayətdən əldə edilən gəlirlərin leqallaşdırılması kimi əməlləri törətdikləri müəyyən edilib. Bundan əlavə, şübhəlilərin ölkəmizdə və xaricdə ələ keçirilən 18 ton 129 kiloqram narkotik və 1 milyon 290 min ədəd psixotrop həb ilə bağlı olduqları müəyyənləşib. Əməliyyatımız nəticəsində ümumilikdə 138 mütəşəkkil cinayət təşkilatı üzvü saxlanılıb. Bu beynəlxalq mütəşəkkil cinayət şəbəkələrinin indiyədək müəyyən edilmiş 647 daşınmaz əmlak, 186 avtomobil, 1 holdinq, 113 şirkət, 1 quru yük gəmisi və şübhəlilərin bank hesabları daxil olmaqla, təxminən 15 milyard lirə dəyərində əmlakına həbs qoyulub".
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video
- Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari: Yaxın günlərdə…
- Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan
- “İsgəndər” qəlpələri Azərbaycan səfirliyinin binasına düşdü
- Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan