Avropa Birliyi (AB) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
O bildirib ki, AB sabit və təhlükəsiz Cənubi Qafqazın tərəfdarıdır:
“AB Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına tərəfdardır və bunun üçün səy göstərəcək”.
O, bu prosesdə AB Şurasının Prezidenti Şarl Mişelin və AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rolunu qeyd edib.
Səfir bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi hər zaman AB-nin gündəmindədir.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video