Kür-Bakı magistral su kəmərinin daha birində qəza baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Qəza Kür-Bakı magistral su kəmərinin Hacıqabul, Biləsuvar rayonları və Şirvan şəhərini suyla təmin edən hissəsində baş verib. Nəticədə həmin yaşayış məntəqələrinə içməli suyun verilişi dayandırılıb. Artıq iki gündür ki, sözügedən rayonların və şəhərin əhalisi susuz qalıb.
Hacıqabul Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə həmin əraziyə aidiyyəti qurumların işçiləri cəlb olunub.
Hazırda həmin ərazidə işlər davam etdirilir. Günün sonunadək magistral su kəmərinin bərpa olunması gözlənilir.
Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video