Türkiyə “Qazprom”la ona verilən təbii qaz üçün ödənişlərin bir hissəsinin təxirə salınması ilə bağlı razılığa gəlib.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fateh Dönməz deyib.
“Biz keçən il “Qazprom”la danışıqlar apardıq və qazın qiymətinin kəskin və gözlənilməz şəkildə qalxması səbəbindən razılığa gəldik. Bu, bizim Maliyyə Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilib. Bu təcrübə keçmişdə bizim ticarət əlaqələrimizdə olub və indi biz ödənişlərə yenidən baxmağı təklif etmişik”, - o bildirib.
Dönməz Rusiya ilə danışıqlar kontekstində söhbətin 20 milyard dollar məbləğində ödənişlərin təxirə salınmasından gedib-getmədiyinə aydınlıq gətirməyib:
“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə inkişaf edir, təkcə təbii qaz sahəsində deyil, həm də nüvə enerjisi sahəsində”.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video